CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2023

Reklam

SON YAZILAR

Post Top Ad

İnstaqramda izləyici sayını artırmağın qızıl qaydaları

 2012-ci ildə Feysbukun satın aldığı İnstaqram sosial şəbəkəsinin bu gün milyarddan çox aktiv istifadəçisi var. Buna görə də, hamı öz xidmətlərini bu platforma vasitəsilə daha çox insana çatdırmaq istəyir. Bəs, İnstaqramda izləyici sayını necə artırmaq olar?



 

Marketinq mütəxəssisi Neil Patel bunun üçün bir sıra metod məsləhət görüb:

 

Profilinizin məqsədini müəyyənləşdirin:

 

 

-Marka hekayənizdən bəhs edən paylaşım edin;

-Biznes hesabı idarə edəcəksinizsə, insanlara real həyat üçün faydalı məhsullarınızın olduğunu xatırladın;

-Yeni məhsullarınızı tanıdın;

-Xüsusi üstünlüklərinizi təsvir edin;

-Xidmətlərinizdən həyəcanla danışın.

Məzmununuz üçün strategiya yaradın:

 

İnsan simasının təsvir olunduğu paylaşımlar 38% daha çox bəyənmə qazanır. Mətnə ​​əsaslanan məzmun çox uzun olduqda oxunmur. Strategiyanızı bu iki təməl üzərində qurmalısınız.

 

Hesabınızı qarşılıqlı əlaqə üçün ən uyğun hala gətirin:

 

 

Bunun üçün veb sayt, məhsul və ya xidmətlərin alına biləcəyi satış səhifəsi, telefon nömrəsi və elektron poçtun qeyd edilməsi mütləqdir. Göründüyü kimi, sosial şəbəkələrdə bəyənmə və izləmə sayı kifayət etmir, izləyicilərlə maksimum əlaqə mütləqdir.

 

Təsirləndirici vizuallar paylaşın:

 

 

-Təkrarlanan yazılardan çəkinin;

-Profiliniz üçün unikal plan yaradın;

-Məzmunu xüsusi rəng tonunda yaradın.

-Bütün postlarda sizi işarə edən özəl elementdən istifadə edin.

-Profiliniz üçün müəyyən bir yer və ya həştəq təyin edin və hər postda ondan istifadə edin.

 

İnstaqram, vizuallığa əsaslanan sosial media platformasıdır. Buna görə, ilk növbədə şəkillər istifadəçilər üçün cəlbedici olmalıdır.

 

Paylaşıma cəlbedici yazılar əlavə edin:

 

 

-Əvvəlcə ən vacib yazını başlığa qeyd edin;

-Göz oxşayan smayllar əlavə edin;

-Boşluqlar qoyaraq asan oxunmanı təmin edin;

-Məqalələri mümkün qədər qısa yazın;

-Həvəsləndirici cümlələrdən istifadə edin;

-İstifadəçiləri məzmunu bəyənməyə və paylaşmağa sövq edin.

 

Dəqiq həştəq əlavə edin:

 

 

Həştəq aşağıdakıları əks etdirməlidir:

 

-Yer;

-Yaşam tərzi;

-Marka;

-Məhsul;

-Xüsusi yarış;

-Kampaniya;

-Fəaliyyət;

-Məzmun mövzusu.

 

Həştəq məzmunun İnstaqramda milyardlarla paylaşım arasında tapılmasına imkan verən ən vacib amildir. Buna görə də, bir postda 5-dən az və 30-dan çox olmamaq şərtilə həştəqlərdən istifadə edilməlidir.

 

Xüsusi paylaşım planı yaradın:

 

 

-Gündə 1 və ya 2 məzmun paylaşmalısınız;

-Gündə 5-30 arası hekayə paylaşmalısınız;

-Qısa olsa belə, hər gün 1 dəfə canlı yayım mütləqdir.

 

Sizi maraqlandıran istifadəçiləri izləyin:

 

-Sahəniz üzrə ən çox izləyicisi olan hesabı tapın;

-İzləyicilərini gözdən keçirin;

-Hesabınızla maraqlanacağını düşündüyünüz profilləri izləyin;

-Geri dönüşlərini gözləyin.

 

Bu, İnstaqramda pulsuz izləyici artımı üçün ən uğurlu metoddur.

 

1 saat ərzində 50 istifadəçini izləyin:

 

 

İzləmə metodu ilə izləyiciləri artırarkən İnstaqramın qoyduğu limiti aşmamaq lazımdır. İstifadəçi 1 saat ərzində 50-yə qədər istifadəçini izləyə bilər. Bu, məhdudiyyət kimi görünsə də, saatda 50 izləmə ilə həftə ərzində yüzlərlə istifadəçi qazanmaq mümkündür

 

Digər istifadəçilərlə əlaqə qurun:

 

-Spam hesabları istisna olmaqla, sizi izləyənləri təqib edin;

-“@” vasitəsilə istifadəçi adı ilə yazınızı şərh edən şəxsə cavab verin;

-Maraqlandığınız həştəqlə paylaşılan postları bəyənin və şərh yazın;

-Məzmundakı şərhləri bəyənin;

-Müvafiq istifadəçilərə xüsusi mesaj göndərin;

-Məzmununuzdakı digər istifadəçiləri etiketləyin;

-Məzmun təsvirlərində istifadəçiləri sizinlə əlaqə qurmağa dəvət edin.

Oxşar istifadəçilərlə qarşılıqlı reklam aparın:

-Doğru ortağı seçmək üçün araşdırma aparın;

-Tərəfdaşınızla çapraz tanıtım şərtlərini müəyyənləşdirin;

-Təqdimatla bağlı dəqiq qaydalarınız olsun;

-Təqdimatdan maksimum yararlanın.

 

Yarışlar keçirin:

 

 

Lotereyada iştirak üçün istifadəçiləriniz hesabınızı izləməli, paylaşımı bəyənməli, şərh yazmalı, məzmunu öz hesabında paylaşmalıdır. Məzmunu daha çox insana çatdırılmalıdır.

Atdığınız addımların statistikalarını təhlil edin:

-Səhifəyə daxilolanların sayı;

-Sayt trafiki;

-Yeni və izləməkdən imtina edən izləyicilərin sayı;

-Qarşılıqlı əlaqə dərəcəsi;

-Həştəq vasitəsilə hesabınıza gələnlərin sayı.



Mənbə: TED.AZ 

 


Hiç yorum yok:

Yorum Gönder

Reklam

Pages