İbtidai sinif müəllimləri üçün MİQ sualları
1. Hansı sözün tələffüzü zamanı qoşa saitlərin arasına "y" bitişdirici samiti artırılmır?
A) zəif B) bəraət C) maneə D) radio E) okean
2. İsmi xəbərli cümlələri seçin.
1.Deyəsən ,o da məsələdən xəbərsizdir.
2.Hər tərəf qalın dumana bürünmüşdür.
3.Nəzərə alın ki,uşağın boyu bapbalacadır.
4.Elə şirin-şirin danışmağın var.
5.Gərək ki,sən onu bilirsən.
A) 1,3,4 B) 2,3,5 C) 1,3,5 D) 1,2,3 E) 3,4
3. Cümlələrdən birində qüvvətləndirici ədat işlənmişdir.
A) Ceyhun da elə fikirləşirdi.
B) Elə hey düşünürəm.
C) "Şikayətnamə" əsərini M.Füzulimi yazmışdır?
D) Bu gün çox maraqlı bir kitab kitab oxudum.
E) Bəşəriyyət sülh uğrunda mübarizə aparır.
4. Mürəkkəb zərfi müəyyənləşdirin.
A) hündürdaban B) mehribanlıqla C) adbaad D) qaçaqaç E) cəld
5. Hansı cümlədə həm miqdar sayı,həm də miqdar zərfi işlənmişdir?
A) Çox maraqlı kitab çox oxunur.
B) Az danışmaq çox adamın xüsusiyyəti olmaya bilər.
C) Az danışmaq az bilmək deyil.
D) Telefonla xeyli danışdıq.
E) Evə qədər xeyli söhbətləşdik.
6. Kar samitlə cingiltili samitin yanaşı işlənmədiyi sözü müəyyən edin.
A) zəhmətkeş B) səkkiz C) deyingən D) ayaqdan E) ağaclar
7. Quruluşca qarşılaşdırmalardan birində uyğunsuzluq var:
A) Mürəkkəb feillər ayrı yazıla bildiyi halda,mürəkkəb isimlər ayrı yazılmır.
B) Həm düzəltmə sifətlər,həm də düzəltmə saylar adlardan yarana bilir.
C) Mürəkkəb zərflər bitişik yazıla bilir,amma mürəkkəb feillər, əsasən,bitişik yazılmır.
D) Təqlidi sözlərdən həm feil,həm də isim düzəltmək olur.
E) Feillərdən isim və zərf yarana bildiyi kimi, zərflər də düzələ bilir.
8. Mürəkkəb cümlələri seçin. 1.Qabağı saxlasın gizlənincə biz. 2.Rüstəm kişi otaqdan çıxan kimi Pərşan Maya ilə söhbətə başladı. 3.Gündəliyə salınmış məsələlər tamamilə həll ol undu,belə ki,hamı razı qaldı. 4.Elə danış ki,sonra peşman olmayasan. 5.Oxusa,başa düşər.
A) 1,2,4 B) 3,4,5 C) 2,4,5 D) 1,3,5 E) 1,4,5
9. "Diqqətlə" sözünün fonetik təhlili ilə bağlı doğru fikirləri müəyyən edin. 1.Səs və hərflərin sayı bərabər deyil 2.Tərkibində kar qarşılığı olmayan bir samit səs var 3.Saitlərin sayı samitlərin sayından 2 dəfə azdır 4.2 kar,4 cingiltili,3 sait səs var 5.Tələffüzü [dik'qətlə] şəklindədir
A) 1,2,3 B) 1,3,4 C) 3,4,5 D) 2,3,4 E) 1,3,5
10. "Kitab vərəqi" birləşməsinin birinci sözünün morfoloji təhlili ilə bağlı səhv cavabı müəyyənləşdirin.
A) Ümumi isimdir. B )Nə? sualına cavab verir. C) Adlıq haldadır. D) -in şəkilçisi qəbul etsə sualı da dəyişər. E) Yiyəlik haldadır.
12. Feildən düzələn isimlər cərgəsini göstərin.
A) dağıntı,sağlıq,azlıq B) kəsici,qorxaq,qırıntı C) sürücü,qorxu,daraq D) düzlük,birlik,yağıntı E) düzənlik,çəki,yazı
13. "Oğuz xanlarının bir sözü iki olmazdı. "Nümunədə neçə mənsubiyyət şəkilçili söz işlənmişdir?
A) 1 B) 2 C) 3 D) 4 E) yoxdur
14. Təsirlik halda olan ismin işləndiyi cümləni göstərin.
A) Küçəmizdə alış-veriş mərkəzi tikildi. B) Acılı-şirinli günlər arxada qaldı. C) Gümüşü qab nənəmdən yadigardır. D) Baba nəvəsini atıb-tuturdu. E) Enişli,yoxuşlu dağ yolları bizi mənzilə çatdırdı.
15. Aşağıdakı sözlərdən biri sintaktik üsulla yaranmış çoxaltma dərəcəsində olan sifətdir.
A) sapsarı B) lap duzlu C) kəmşirin D) qarayanız E) xırdaca
17. Aşağıdakılardan biri təsriflənən feildir.
A) yazdıqca B) yazmağın C) oxuyurmuş D) gülən E) bilmədən
18. Nəqli keçmiş zamanda olan feilin işləndiyi cümləni göstərin.
A) Onlar Vətən uğrunda vuruşurdular.
B) Onun bu təklifi xüsusi nəzərə alındı.
C) İşləməkdən heç kəs ziyan görməyib.
D) Dadaş kişi çox maraqlı adammış.
E) Məktəblilər xarici dostları ilə yazışırlar.
19. Həm hal,həm də mənsubiyyət şəkilçisi qəbul etmiş məsdərin işləndiyi cümlə hansıdır?
A) Bilmədiyini heç vaxt dilinə gətirmə.
B) Bizim belə oxumağımız müəllimi çox sevindirərdi.
C) Açıq havada gəzməyin faydası çoxdur.
D) Kəndə getməyinin səbəbi var idi.
E) Ora getməkdən yorulmuşam.
20. Hərəkətin tərzini bildirən feili bağlamanın işləndiyi cümləni göstərin.
A) Külək əsər-əsməz çiçəklərin ətri gəldi.
B) Yenə keçmişini həsrətlə xatırlayırdı.
C) Ana paltar tikə-tikə qızı ilə söh bət edirdi.
D) O universiteti bitirib kəndə qayıtdı.
E) Oxuduqca yadımı düşürdü.
11. Hansı cümlə üzvünün sualı düzgün deyil?
A) mübtəda-hara? B) xəbər-nə etməlidir? C) zərflik-nə üçün? D) təyin-neçə? E) tamamlıq-nə zaman?
blogreklamedu.blogspot.com
16. Qeyri-müəyyən miqdar sayı işlənmiş cümləni göstərin.
A) Çantasındakı kitabların sayı beşdir. B) Azlıq çoxluğa tabedir. C) Bizim bu işdən az-çox məlumatımız var. D) Zəng vurulandan sonra da xeyli oturdum. E) Vətəni qorumaq bir nəfər kimi hamımızın borcudur.
21. Çəmənin uzunluğu 1 km 200 m, eni isə 800 m-dir. Bu çəmənin hər hektarından 50 sentner ot çalınarsa, cəmi neçə ton ot çalınar?
A) 48 B) 480 C) 4800 D) 960 E) 1480
22. Böyük bacı lent üçün 6 manat, kiçik bacı isə 3 man.60qəp. verdi. Qızlar cəmi 8 metr lent almışlarsa, hər qız neçə metr lent almışdır?
A) 7m, 1m B) 6m, 2m C) 5m, 3m D) 4m, 4m E) 5m, 4m
23. Bəxtiyar 2 saata 40 misal, Fatimə 3 saata 50 misal, Xoşqədəm 1 saata 15 misal həll edə bilir. Bu sürətlə uşaqlar 6 saat işləsəydilər, neçə misal həll edə bilərdilər?
A) 310 B) 318 C) 320 D) 32 E) 380
24. 90 m yol boyunca hər 30 m-dən bir maneə qoyulmuşdur. Maşın hər maneəyə çatandan sonra sürətini 2 dəfə azaltmalı olur. Maşın ilk maneəyə çatana kimi 1 san vaxt sərf edərsə, bütün yolu neçə saniyəyə gedər.
A) 2 B) 4 C) 5 D) 7 E) 9
25. Çay boyunca 2 körpü arasındakı məsafə 8 km-dir. Kater bu məsafəni axın ilə 15 dəqiqəyə, geriyə qayıdarkən 20 dəqiqəyə getdi. Çayın axma sürətini tapın.
A) 3 km/saat B) 4km/saat C) 5km/saat D) 6km/saat E) 7km/saat
26. Qab su ilə tam dolu olduqda çəkisi 23 kqolur. Bu qabdakı suyun 1/3-ni boşaltsa, qabla qalan suyun birlikdə çəkisi 16 kq olar. Qab neçə kq su tutur?
A) 15 kq B) 18 kq C) 21 kq D) 23 kq E) 25 kq
27. Səkinə Nərimana 10 manat versə pulları bərabər olar. Nəriman Səkinəyə 10 manat versə Səkinənin pulu Nərimanın pulundan 9 dəfə çox olar. Onların birlikdə nə qədər pulları var?
A) 40 B) 50 C) 60 D) 70 E) 80
28. Uşaq 6 addım irəli, 2 addım geri getməklə cəmi 87 addım atmışdır. Uşaq ilk durduğu yerdən neçə addım irəli durmuşdur?
A) 46 B) 47 C) 45 D) 48 E) 50
29. Yarım km-lik yolun hər iki tərəfində 20 m aralıqla tanklar düzülüb. 28 May günü münasibəti ilə hər tankdan 3 yaylım atəşi açılacaq. Tanklardan cəmi neçə atəş açılacaq?
A) 78 B) 81 C) 152 D) 156 E) 487
30. Çəlləkdə 1 qədəh su var. Hər gün bu çəlləyə onun içində olan qədər su tökülür. Bu qayda ilə 8 günə çəllək yarısına qədər dolarsa, o neçə günə tam dolar?
A) 9 B) 12 C) 14 D) 16 E) 22
31. Maşın 180 km yolu 3 saata getdi. Maşın sürətini əvvəlki sürətinin 1/5 qədər artırarsa, 5 saniyədə nə qədər yol gedər?
A) 10m B)20 m C) 60m D) 100m E) 110m
32. Dənizkənarı parkda gəzən uşağın əlindən külək şarı alıb aparır. Küləyin sürəti 1 m/san-dir. 6 saniyə sonra uşaq şarı tutmaq üçün 3 m/san sürətlə onun arxasınca qaçmağa başlayır. Qaçmağa başlayandan neçə saniyə sonra uşaq şarı tuta bilər?
A) 3 B) 5 C) 8 D) 10 E) 12
33. 128 litr süd 3 və 5 litrlik bankalara doldurulmuşdur.Cəmi 34 belə banka alınarsa, 3 litrlik bankaların sayının 5 misli neçə olar?
A) 20 B) 105 C) 40 D) 85 E) 93
34. Avtomobil AB şəhərləri arasındakı məsafəni 6 saata gedir. Avtomobilin sürəti saatda 15 km az olsaydı, bu yolu 8 saata gedəcəkdi. AB yolunun uzunluğunu tapın.
A) 340 B) 320 C) 360 D) 3 E) 310
35. Coşqun 100 səhifəlik bir kitabı oxumağa başlayır. O, kitabın hər 20 səhifəsini 40 dəqiqə oxuyur, sonra 5 dəqiqə dincəlir. Bu qayda ilə Coşqun kitabı hansı müddətə tam oxuyub qurtarar?
A) 200 dəqiqə B) 3 saat 20 dəqiqə C) 3 saat 40 dəqiqə D) 2 saat 55 dəqiqə E) 300 dəqiqə
36. Boyları 3 metr, 4 metr və 5 metr olan 3 ağac var. Hər ağac həftədə 4 sm uzanır. Neçə həftə sonra bu ağacların boylarının cəmi 15 metr olar?
A) 15 B) 20 C) 25 D) 12 E) Tapmaq olmaz
37. İki balıqçıdan biri 10, ikincisi 12 balıq tutdu. Onlar balıqları eyni qiymətə satarkən məlum olduki, II balıqçı I-yə nisbətən 4 manat çox pul qazanıb. Hər balıqçı neçə manat pul qazanıb?
A) 20və 22 B) 20 və 24 C) 22və 24 D) 24 və 26 E) 22 və 25
39. 1-dən 90-a qədər ədədləri 3 sırada alt-alta yazsaq, 42 ədədinin üstündə və altında duran ədədlərin cəmi neçə olar?
A) 84 B) 82 C)86 D) 89 E) Tapmaq olmaz
40. 13 metr dərinliyi olan bir quyunun dibinə düşən qurbağa quyudan çıxmağa can atır. Qurbağa hər gün quyu boyunca 5 metr yuxarı dırmaşır, 1 metr sürüşərək aşağı düşür. Qurbağa neçə günə quyudan xilas olar?
A) 2 B) 3 C) 4 D) 5 E) 6
CAVABLAR 1B 2A 3D 4C 5B 6C 7B 8B 9B 10C 11E 12C 13B 14D 15B 16C 17C 18C 19D 20C 21B 22C 23A 24D 25B 26C 27B 28C 29D 30A 31D 32A 33B 34C 35C 36C 37B 39A 40B
Hiç yorum yok:
Yorum Gönder