CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2023

Reklam

SON YAZILAR

Post Top Ad

PSİXOLOQA GETMƏKDƏN İNSANLAR NİYƏ ÇƏKİNİR ?- UZ.PSİXOLOQ CƏMİLƏ QOCALININ MƏQALƏSİ

PSİXOLOQA GETMƏKDƏN İNSANLAR NİYƏ ÇƏKİNİR? - UZMAN PSİXOLOQ CƏMİLƏ QOCALININ MƏQALƏSİ .

Psixoloqa problemli insanlar gedir, mən dəli deyiləm :

Ən yayğın olan yanlış inanclardan birisidir. Psixoloq qəbuluna gələn şəxs günlük həyatını əngəlləyən problemlerin fərqində olaraq, bunu dəyişdirmək üçün bir addım ataraq digər insanlara görə bir addım öndədir. Psixoterapiya vasitəsilə duyğu və düşüncələrinin ayırdında olacaq, çətinlik yaradan anlarda necə mübarizə aparacağını öyrənəcək, həyatını daha sağlam və xoşbəxt bir şəkildə davam etdirəcəkdir. Kömək üçün müraciət edən insana bir ad qoymaq şərtdirsə bu xəstə və ya dəli deyil, güclü və fərqində olmağa çalışan ola bilər.

Psixoloq mənə kömək edə bilməz, dostumla danışmaq daha faydalıdır :

Bu da çox rast gəldiyimiz bilinən yanlışlardandır. Psixoloqun sizinlə apardığı söhbət dostunuz, ailənizlə olan söhbətdən həm quruluş həm də funksiya baxımından tamamilə fərqlənir. Psixoloq sizi olduğunuz şəxs kimi qəbul edir, qınamalar və yönləndirmələr etmir, sizin üçün funksional olmayan, sizə zərər verən duyğu və düşüncələrinizi sizə faydalı olacaq hala gətirir. Qarşınızda bir ayna rolu oynayaraq özünüzə və ətrafınıza verdiyiniz zərərləri aradan qaldırmağınıza kömək edir.

Psixoloq xidməti bahalıdır :

Bu da əslində psixoloqla aparılan söhbətin terapevtik əsaslarını bilməmək və yaxşı bir psixoloq olmaq üçün alınan təhsilin strukturunun anlaşılmaması ilə bağlıdır. Psixoloqla etdiyiniz söhbət struktura sahib olan bir prosesdir başlanğıcı, gedişatı və nəticəsi vardır. Bunlar psixoloqun hansı terapiya növünü istifadə etdiyinə görə şəkilləndirilir. Psixanalitik bir terapiya aparan mütəxəssis sizi uzun müddət dinləyir və davranışlarınızın səbəblərinə bağlı çıxarışlar edir, Kognitiv davranışçı terapiya aparan mütəxəssis isə sizi dinləyərək düşüncə xətalarınızı müəyyənləşdirir və bu düşüncələri faydalı olanlarla əvəz etmənizə kömək edir. Nəticə etibarilə aparılan iş sadə söhbətdən ibarət olmadığı üçün çətin bir peşədir və buna müvafiq əmək haqqı tələb edir.

Uzman Psixoloq Cəmilə Qocalı



Hiç yorum yok:

Yorum Gönder

Reklam

Pages