Təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin onu məhkəməyə verəcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
BakuPost xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə bildirib ki, 15 avqustda sözügedən abituriyentin valideynləri tərəfindən ona müraciət edilib:
"Məsələ məndə təəccüb yaratdığı üçün onların öz razılığı ilə feysbuk səhifəmdə paylaşdım. Məqsəd məndən daha təcrübəli olan şəxslərədən məsələnin nə yerdə olduğunu öyrənmək idi. Bu məsələ ilə bağlı yazdığım status da hələdə qalır.
Həmin statusdan bir az sonra DİM–in əməkdaşı əvvəlcə mənə zəng edərək, sonrada SMS yazaraq təkzib yazmağımı, bu olmayacağı təqdirdə məni məhkəməyə verəcəyini dedi. Mənə bildirdilər ki, abituriyentin mənə təqdim etdiyi sənəd fotoşopdur.
Bunun ardınca mən iki dəfə DİM-in bu məsələ ilə bağlı mövqeyini əks etdirən status yazdım. Baxmayaraq ki, DİM tərəfindən mənə təkzib etmək üçün heç bir tutarlı sənəd, sübut təqdim edilməmişdi. Hətta indiyə qədər də mənə abituriyentin həqiqi nəticəsinin neçə olduğu barədə heç bir məlumat verilməyib. Mən şifahi qaydada deyilən hansısa bir informasiya ilə bağlı təkzib verməli idim?
Baxmayaraq ki, iki dəfə bu məsələ ilə bağlı DİM–in mövqeyini eyni profildə yazaraq qeyd etmişəm.
Bunun ardınca abituriyent, onun valideynləri ilə saat 12 radə DİM–in inzibati binasının qarşısında görüşdük. Sonra DİM–in əməkdaşı ilə görüşdük və şifahi qaydada bu sənədin saxta – fotoşop olduğunu bildirdi və bizi saat 3 də keçriləcək mətbuat konfransına dəvət etdi.
Saat 15-00-da DİM – in inzibati binasında həmən abituriyentin ailə üzvlərinin və KİV nümayəndələrinin iştirakı ilə mtbuat konfransı keçirildi. Burda DİM rəhbəri iddia edir ki, mən təkzib verməmişəm:
1.Mətbuat konfransı saat 15-00 da başlayıb və mən buna qədər DİM – in mövqeyinin əks olunduğu və KİV-lərdə də gedən iki status yazmışdım.
2.DİM abituriyentin iddiasının əsassız olduğunu əks etdirən hansısa bir sənəd təqdim etməmişdi ki, o sənəd əsasında mən daha geniş münasibət bildirim.
3.Valideynlər tərəfindən mənə verilmiş istifadəçi adı və parol ilə onun eketron ərizəsinə girmək mümkün deyildi və bu barədə də DİM rəhbərliyinə mətbuat konfransında bildirdim.
4.Bu məsələnin (ümumiyyətlə təhsillə bağlı istənilən məslənin) facebook hesabında paylaşılması zamanı təkcə məqsəd həmən problemin aydınlaşmasıdır.
Mən bununla bağlı kiməsə müraciət etməyə məcbur və borcu deyiləm. Çünki vaxtı ilə DİM-ə, Təhsil nazirliyinə kifəyət qədər kağız daşıyıcıda, elektron formada məktub, müraciət etmişəm və onlara heç bir cavab verilməyib. Düzdür, müəyyən vaxtlarda şəxsi telefon ilə onların əməkdaşları ilə mənə olunan müraciətlərlə bağlı sual ünvanlayanda operativ cavab verib, həll ediblər.
5.DİM iddia edir ki, onların nüfuzuna xələl gətirmişəm. Mən bu məsələ ilə bağlı DİM–in nüfuzuna hanısa bir xələl gətirdiyimi düşünmürəm. Çünki, DİM-in mənə abituriyentin həqiqi nəticəsi ilə bağlı rəsmi sənəd təqdim etməməsinə baxmayaraq onların möveyinin əks etdirən status yazmışam. Özüdə təkrar yenədə deyirəm ki, onlar mətbuat konfransı keçirənə qədər bu barədə yazmışam.
Təəssüf ki, mətbuat konfransında baş verənlərlə bağlı KİV nümayəndələri hər şeyi olduğu kimi işıqlandırmayıblar.
a) Abituriyentin valideynləri bu məsələdə bütün məlumatlaırn onların razılığı ilə verildiyini və mənim hansısa bir maraq və məqsədimin olmadığını
b) DİM rəhbəri iddia irəli sürdü ki, bəlkə abituriyent ümumiyyətlə qəbul imtahanında iştirak etməyib. Bu iddianı heç bir KİV-də görmədim.
c) Mən mətbuat konfransında DİM–in fəaliyyətindəki şəffaflıq, əlçatımlılıq barədə fikrimi bildirdim.
d) Mən DİM rəhbərliyinə də bu məsələdə hansısa bir məqsəd və marağımın olmadığını, sadəcə olaraq mənə daxil olan müraciətin aydınlaşdırılmasını istədiyimi bildirdim.
e) Valideynlərin çıxışları, iddiaları təəssüf ki, KİV-lərdə geniş yer almayıb”.
Hiç yorum yok:
Yorum Gönder